Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Azərbaycanda bir çox Vətənpərvər təşkilar kimi qaynağımız hansısa bir partiyanın alt yapısından doğmadı. Biz 2009 cu ildə sosial şəbəkələr vasitəsi ilə bir araya gə ldik.Az bir müddətdə virtual tanışlığı reallıq əvəz etdik və bir neçə görüşlərdən sonra təşkilatlanmaq qərarına gəldik. Özümüzü H.Cavidin,Ə Cavadın, A Yıldırımın,C.Cabbarlının, C.Naxçıvanskinin,M.Müşfiqin davamçıları kimi "Pantürklər"adlandırdıq. Sıralarımız artdıqca aramıza sızan xainlər və bölücülər birliyimizi pozmaq üçün min bir sübutsuz qınaqlarla əngəl yaratmaq istəsələrdə arzularına yetmədilər. 2015 ci il dekabırın 26 da Pantürklər adımızı Turan Ocağı ilə əvəz edərək millətimiz və dövlətimiz üçün gərəkir mübarizə xətti tutduq. Azərbaycanın və Türk dünyasının hüzün və xürrəm günlərində əqidəmiz naminə tədbirlər təşkil etdik. Azərbaycanda heç bir təşkilat və qurumlar bizim qədər tədbir və görüşlər keçirə bilməz.Çünki biz bu yola təmənna güdmədən çıxdıq.Fəal üzvülərin şəxsi maddiyəti nəticəsində Xocalı Soyqırımının il dönəmlərində bir neçə dildə plankatlar və afişalar hazırladıq. Təsadüfü deyil ki Jirnovski Türkiyənin və Azərbaycanın vətən fədailəri kimi rus tv kanallarında bizləri özlərinə qorxulu düşmən kimi dəfələrlə vurğulamışdı. Quba soyqırım memarial abidəsi önündə 5 dövlətdən və 7 millətin tanınmış ziyalılarının iştirakı ilə yürüş edərək şəhidlərimizin və künahsız insanlarımızın qanına səbəb olmuş ermənilərin bayrağını ilk olaraq biz yandırdıq. Mikayıl Müşfiqin ev müzüyini bir neçə dəfə ziyarət edərək fədakar şairimizi yaxından tanımışıq. Bir neçə dəfə Şamaxı yolu üzərində yerləşən "Adsız Türk Şəhidliyini" ziyarət edərək öz borcumuzdan çıxmağa çalışmışıq. Biz sonuna qədər Dövlətimizin və Millətimizin yanında olacağımıza And yerimiz Şəhidlər xiyabanında an içdik. Milli atributlarımızdan olan Azərbaycanın 5 manatlıq əskinası üzərində Bilgə Xaqanın sözüylə desək: Türk milləti yox olmasın deyə.. Kültürümüz və Ənənəmiz itməsin deyə.. Azərbaycan Bütöv olsun deyə.. Turana Varaq deyə.. Bu Qutsal və Müqəddəs yola çıxdıq. Tanrı Türkə Yar Olsun! ..ATO İdarə Heyyəti..

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4